Geologiya və geofizika üzrə respublika olimpiadasına qeydiyyat vaxtı uzadılıb
İyn 22 , 2020 | 09:50 / Elmi müsabiqələr
Oxunma ( 1966 )

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının tələbələr üçün təşkil edəcəyi “Gələcəyə addım” - geologiya və geofizika üzrə ümumrespublika olimpiadasına qeydiyyat pandemiya ilə əlaqədar iyulun 1-dək uzadılıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, müsabiqənin elmi təşkilat komitəsinin qərarına əsasən AMEA-nın 75 illiyinə həsr olunan olimpiada onlayn keçiriləcək.

Final mərhələsi iyulun 15-də “Microsoft Teams” proqramı ilə həyata keçiriləcək olimpiadanın ümumi mükafat fondu 2 min 200 manat təşkil edir.

Olimpiada ali və orta ixtisas təhsil müəssisələrinin III-IV kurs tələbələrinin, eləcə də I-II kurs magistrantların bilik səviyyələrini qiymətləndirmək, həmçinin gələcək peşəkar fəaliyyətlərində elmə üstünlük vermələrini stimullaşdırmaq məqsədilə təşkil olunur.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.