Bakı Dövlət Universitetində gənc tədqiqatçıların virtual elmi konfransı keçiriləcək
İyn 22 , 2020 | 06:00 / Mühüm hadisələr
Oxunma ( 2033 )

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin təşkilatçılığı ilə iyunun 24-də “Şərq filologiyası məsələləri” mövzusunda gənc tədqiqatçıların virtual elmi konfransı keçiriləcək. Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr ediləcək.

BDU-dan AZƏRTAC-a bildirilib ki, elmi konfrans “Microsoft Teams” platforması üzərindən onlayn formatda olmaqla saat 12:00-da başlanacaq. Virtual elmi konfransda iştirak etmək istəyənlər iyunun 23-ü saat 17:00-dək sema.deniz@list.ru  ünvanına müraciət edə bilərlər.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.