Fotos
AMEA Botanika İnstitutunda magistrlik dissertasiyalarının onlayn müdafiəsi keçirilib
İyn 26 , 2020 | 12:21 / Mühüm hadisələr
Oxunma ( 2140 )

AMEA Botanika İnstitutunda 2019-2020-ci tədris ilində təhsilini başa vuran II kurs magistrantlarının magistrlik dissertasiyalarının onlayn müdafiəsi uğurla keçirilib.

AMEA-nın həqiqi üzvi, akademik V.M.Əlizadənin sədrliyi və 9 nəfərdən ibarət elmi şuranın üzvlərinin iştiraki ilə keçirilən İxtisaslaşdırılmış Müdafiə Şurasının iclasında AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisad üzrə fəlsəfə doktoru Fail Kazımov və Magistratura şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Fikrət Feyziyev də iştirak etmişdir.

İclasda 3 ixtisas üzrə 4 magistrant: AMEA Botanika İnstitutundan “Mikologiya” ixtisası üzrə 2 magistrant, AMEA Mikrobiologiya İnstitutundan ”Mikrobiologiya” ixtisası üzrə 1 magistrant, və AMEA Zoologiya İnstitutundan ”Onurğalılar zoologiyası” ixtisası üzrə 1 magistrant dissertasiya işlərini təqdim ediblər.

Sonda dissertasiya işləri müvafiq meyarlar üzrə qiymətləndirilib və səsvermə nəticələrinə əsasən magistrantlara magistrlik elmi-ixtisas dərəcəsinin verilməsi haqqında qərar qəbul edilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.