AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun GAMŞ-nın sədri Türkiyədə keçirilən beynəlxalq onlayn konfransda məruzə edib
İyn 27 , 2020 | 02:00 / Mühüm hadisələr
Oxunma ( 2370 )

Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri, “Mürəkkəb dinamik sistemlərdə idarəetmə” laboratoriyasının aparıcı elmi işçisi, dosent, Rəşad Məstəliyev  2020-ci il iyunun 24-27-də Türkiyənin İstanbul  şəhərində keçirilən “3nd International E-Conference on Mathematical Advances and Applications-ICOMAA-2020” adlı  beynəlxalq konfransda online rejimdə iştirak etmiş və “Optimality conditions in one stochastic control problem” mövzusunda məruzə etmişdir.

Məruzə  bir  sıra fiziki, iqtisadi prosessləri adekvat təsvir edən xətti İto stoxastik differensial tənliklər sistemi ilə ifadə olunan stoxastik optimal idarəetmə məsələsinin tədqiqinə həsr olunmuşdur.

 Rəşad Məstəliyev  müxtəlif  şərtlər daxilində optimallıq üçün Pontryaginin maksimum prinsipi formasında həm zəruri və kafi həm də kafi şərt tapmışdır.

Məruzə böyük marağa səbəb olmuş və verilən suallar məruzəçi tərəfindən ətraflı şəkildə  cavablandırılmışdır.

“3nd International E-Conference on Mathematical Advances and Applications-ICOMAA-2020” adlı beynəlxalq konfransın məqsədi riyazi sahədə fikir mübadiləsi aparmaq, inkişafları müzakirə etmək, əməkdaşlığı inkişaf etdirmək və dünyanın hər yerindən olan mütəxəssislər və tədqiqatçılarla qarşılıqlı fəaliyyət göstərməkdir.

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.