Gənc alimin beynəlxalq ekspert kimi fəaliyyəti sertifikata layiq görülüb
İyn 30 , 2020 | 05:45 / Mühüm hadisələr
Oxunma ( 2035 )

AMEA-nın Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayevin “Bioüzvi kimya” (Bioorganic chemistry) jurnalında beynəlxalq ekspert kimi fəaliyyəti sertifikata layiq görülüb.

Əfsun Sucayev jurnalın ekspertlər siyahısına daxil edilib. O, indiyədək bu jurnaldan göndərilən 10-dan çox məqaləyə elmi rəy verib.

Xatırladaq ki, “Bioüzvi kimya” “jurnalı “Web of Science” bazasına daxildir.  Burada üzvi kimya, biokimya və tibb sahələrində aparılan fundamental nəzəri və tətbiqi elmi tədqiqatlarla bağlı nüfuzlu məqalələr dərc olunur. Jurnalın impakt faktoru 3.926-dır.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.