İyl 05 , 2020 | 12:00 / Mühüm hadisələr
Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutu Gənc alim və Mütəxəsislər Şurasının üzvləri 3-4 iyul 2020 tarixlərində Sumqayıt Dövlət Universitetinin təşkil etdiyi “Riyaziyyatın fundamental problemləri və intellektual texnologiyaların təhsildə tətbiqi” mövzusunda videokonfrans formatında Respublika elmi konfransında iştirak ediblər. Konfransın keçirilməsində əsas məqsəd müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən riyaziyyatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunması və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək və gənclərin elmə olan marağını artırmaq olub.
İnstitutdan verilən məlumata görə, Şura Sədri, aparıcı elmi işçi, r.ü.f.d, dos. Rəşad Məstəliyev “Оптимизация стохастических систем при наличии диффузии с функциональными ограничениями типа равенств и неравенств”, Sədr müavini, kiçik elmi işçi və dissertant Lamiyə Nəcəfova “Enerji obyektlərinin texniki vəziyyətinin riyazi modelləşdirilməsi”, həmçinin şuranın üzvləri - f.r.e.n, dos. Yeganə Əşrəfova və r.ü.f.d, dos. Sevinc Rəsulova “Yalnız sərhəd şərtləri ilə əlaqəli olan mürəkkəb diskret proseslər üçün şərtlərin blok-blok köçürülməsi üsulu”, elmi işçi Valeriya Puşnova “Practical informatics exercises as a method of sociocultural development in the age of information society” və kiçik elmi işçi və dissertant Nigar Əhmədli “PYTHON proqramlaşdırma dilinin imkanları ilə qatlanan neyron şəbəkənin araşdırılması” mövzularında məruzə ediblər.
Məlumatda deyilir ki, konfransda azərbaycanlı alimlərlə yanaşı, Rusiya Federasiyasının aparıcı universitetlərinin alimləri iştirak ebdilər.