Fotos
AMEA Botanika İnstitutunda magistrantların yay imtahan sessiyası yekunlaşıb
İyl 15 , 2020 | 04:31 / Mühüm hadisələr
Oxunma ( 1854 )

AMEA-nın  Botanika İnstitutunda 2019-2020-ci tədris ili üçün magistratura pilləsi üzrə yay imtahan sessiyası başa çatıb.

Botanika”, “Bitki fiziologiyası”, “Mikologiya”  “Ətraf mühitin mühafizəsi və bioloji monitorinq”-i ixtisasları üzrə təhsil alan birinci kurs magistrları Kərimli Böyrək , Babayeva Ləman , Alıyeva Ülkər, Mustafayeva Nihal, Muradova Aytac və Əliyeva Aytən “Biomüxtəliflik və onun mühafizəsi”, “Ali bitkilərin morfologiyası” “Bitki molekulyar biologiyası”, , “Bitki fiziologiyasının tədqiqat metodları”, “Fotosintez”, “Akvakultura”, “Ekologiyada riyazi modelləşdirilmə”, “Kənd təsərüfatı və meşə mikologiyası”, “Göbələklərdə adaptasiya imkanları”, “Göbələklərin fiziologiyası və biokimyası”, “Göbələklərin genetikası” “Gis-in biomüxtəlifliyin idarə olunmasında tədqiqi”, “Ekoloji mikrobiologiya” fənlərindən son ixtisas imtahanlarını verərək, yay imtahan sessiyasını müvəffəqiyyətlə başa vurublar.

Cavablar fənn müəllimləri AMEA-nın müxbir üzvü Pənah Muradov, b.ü.e.d. Vahid Fərzəliyev, b.ü.e.d. Dilzarə Agayeva, b.ü.e.d. Könül Baxşəliyeva, b.ü.e.d., prof. Nəriman İsmayılov, b.ü.f.d., dos. Pərvanə Qaraxani, b.ü.f.d., dos. Rəşad Allahverdiyev, b.ü.f.d., dos.Şəkər Muxtarova, b.ü.f.d., dos. Esmira Əlirzayeva, b.ü.f.d., dos. Ələddin Qədimov, b.ü.f.d. Fərid Seyfullayev və Yusif Abıyev tərəfindən qiymətləndirilib.

Qeyd etmək lazimdir ki, COVID-19 pandemiyası ilə əlaqədar olaraq respublika ərazisində sərt karantin rejimi səbəbindən imtahanlar “Zoom” proqramı vasitəsilə onlayn keçirilib.

 

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.