Fotos
"Silahlı və ideoloji təxribatlara qarşı ümummilli mübarizədə intellektual gəncliyin rolu" mövzusunda tədbir keçirilib
İyl 28 , 2020 | 12:00 / Mühüm hadisələr
Oxunma ( 3859 )

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda “Silahlı və ideoloji təxribatlara qarşı ümummilli mübarizədə intellektual gəncliyin rolu” adlı onlayn videogörüş keçirilib.

         Radiasiya Problemləri İnstitutunun Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə keçirilən görüşdə İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov giriş sözü ilə çıxış edib. O.Səmədov öz çıxışında son dövrlərdə Azərbaycan Respublikasının Tovuz rayonunun sərhəd kəndlərində erməni təcavüzkarlarının törətdikləri təxribatlara, eyni zamanda bu təxribatlara etirazını bildirən, həmrəylik nümayiş etdirən xarici ölkələrdə yaşayan azərbaycanlı dinc aksiya iştirakçılarına qarşı ermənilərin törətdiyi vəhşiliklərdən bəhs edib, həmçinin bütün bu hadisələrə beynəlxalq hüquqi qiymətin verilməsinin vacibliyi vurğulanıb.

         Daha sonra çıxış edən İnstitutun elmi-işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri namizədi, dosent Rəvan Mehdiyeva, Həmkarlar Təşkilatının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Əminə Mikayılova, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov və başqaları ölkəmizin hazırda həm koronavirus pandemiyasına, həm də erməni təxribatçılarına qarşı mübarizə apardığını diqqətə çatdırıblar. Bildirilib ki, Ermənistanın iyulun 12-də başlayan təxribat cəhdlərinin qarşısı məhz Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin qətiyyətli mövqeyi və milli ordumuzun qarşı həmləsi ilə alındı və bu qələbə hər bir azərbaycanlıda qürur hissi oyatdı.

Görüşün sonunda İnstitutun Kanadanın Redlen Texnologiyaları tədqiqat mərkəzindən Rəvanə Həmzəyeva və Rusiyada yerləşən Birləşmiş Nüvə Araşdırma İnstitutunda elmi  fəaliyyət göstərən əməkdaşlarımızdan Mətləb Mirzəyev mövzu ətrafında fikirlərini bölüşüb və xaricdə yaşayan azərbaycanlıların həmrəy olduğunu qeyd ediblər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.