AMEA Botanika İnstitutunun “Plant & Fungal Research” jurnalının yeni nömrəsi işıq üzü görüb
Avg 14 , 2020 | 01:47 / Elmi nəşrlər
Oxunma ( 3122 )

AMEA Botanika İnstitutunun “Plant & Fungal Research” jurnalının növbəti nömrəsi çapdan çıxıb və vebsayta (www.plantfungalres.az) yerləşdirilmişdir.

İngilis dilində təqdim olunan jurnalın baş redaktoru institutun direktoru, akademik Validə Əli-zadədir. Jurnalın əsas məqsədi respublikada aparılan bitki və göbələk tədqiqatlarının beynəlxalq aləmə inteqrasiyasını təmin etmək üçün bu sahədə  çap olunan elmi əsərlərin səviyyəsini inkişaf etdirmək, onları bioloji tədqiqatların müasir tələblərinə uyğunlaşdıraraq və bununla da beynəlxalq aləmdə aparılan tədqiqatlara töhfə verməkdir. Nəşrin bu sayında müşahidə və təhlilə əsaslanan klassik botaniki, mikoloji araşdırmalarla yanaşı, eksperimental botaniki tədqiqatlara dair elmi məqalələr yer alıb. Hazırda jurnal WoS və Scopus elmmetrik məlumat bazalarına qiymətləndirmə üçün təqdim edilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.