Azərbaycanlı alim BMT-nin onlayn iclasında iştirak edib
Avg 25 , 2020 | 04:25 / Mühüm hadisələr
Oxunma ( 2063 )

19-20 avqust 2020-ci il tarixlərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının İnformasiya-kommunikasiya texnologiyaları, Elm, Texnologiya və İnnovasiya Komitəsinin onlayn iclası keçirilib.

İclasda AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev də iştirak edib.

Əsas qoşulma nöqtəsi Tailandın paytaxtı Banqkok şəhəri olan tədbirdə Azərbaycan da daxil olmaqla 31 ölkə və 17 beynəlxalq təşkilatdan nümayəndələr iştirak ediblər. İclasda pandemiya zamanı texnologiyalardan istifadə üçün birgə tədbirlər, inkluziv genişzolaqlı çıxış üçün rəqəmsal fərqin aradan qaldırılması, davamlı inkişaf məqsədlərinə çatmaq üçün kosmik tətbiqlərin genişləndirilməsi, eləcə də 10 illik fəaliyyət daxilində inklüziv texnologiyalar və innovativ fəaliyyət kimi mövzularda müzakirələr aparılıb.

İclasın sonunda İnformasiya-kommunikasiya texnologiyaları, Elm, Texnologiya və İnnovasiya Komitəsinin III iclasının hesabatı qəbul olunub.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.