AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Gənc Alim və Mütəxəssislər Şurasına yeni üzvlər qəbul olunub
Sen 02 , 2020 | 02:48 / Mühüm hadisələr
Oxunma ( 2088 )

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi doktorant və dissertantları ilə daha sıx elmi və təşkilati əlaqələrdə olması üçün hər il yeni qəbul edilmiş doktorant və dissertantlarını Gənc Alim və Mütəxəssislər Şurasına üzv qəbul edir. Ənənəyə sadiq olaraq bu il də doktorant və dissertantlardan yaşı uyğun olanların Muzeyin Gənc Alim və Mütəxəssislər Şurasına daxil edilməsi məqsədi ilə avqust ayının 31-də online iclas keçirilmişdir. Online iclas zamanı yeni üzvlərə Şuranın iş prinsipləri, qaydalar, tələblər izah olunmuşdur. İclasda Şuranın sədri, müavini və üzvləri iştirak etmiş, səsverməyə əsasən yeni üzvlər təsdiqlənmişdir. Nəticə olaraq doktorant İlahə Abbaslı, fil.ü.e.d. üzrə disertant, dos. Vüsalə Ağabəyli, fil.ü.e.d. üzrə dissertant Mahirə Hacıyeva, doktorant Murad Həsənli, doktorant İnci Həşimova, doktorant Elnarə Kərimova AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Gənc Alim və Mütəxəssislər Şurasına üzv olaraq qəbul edilmişdir. Daha sonra yeni üzvlərin sualları Şuranın sədri Dilbər Hüseynova və Təhsil şöbəsinin müdiri Kəmalə Nuriyeva tərəfindən cavablandırılmış, üzvlərin təklifləri qiymətləndirilmişdir.

Sonda Şuranın növbəti iş planları, görüləcək işlər barədə müzakirələr aparılmış, gələcək fəaliyyətdə yeni üzvlərin də aktiv iştirakı ilə layihələrin hazırlanması qərara alınmışdır.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.