Fotos
AMEA Botanika İnstitutunun gənc alimi Beynəlxalq Biologiya Olimpiadasında uğurlu fəaliyyət göstərib
Sen 07 , 2020 | 05:47 / Elmi müsabiqələr
Oxunma ( 2037 )

Son illərdə Azərbaycanın elm və təhsilin uzlaşdırılmasında, bu sahədə əldə edilənən mühüm yeniliklərdə beynəlxalq səviyyədə keçirilən tədbirlərdə iştirak mühüm rol oynayır. Bu istiqamətdə məktəblilərin beynəlxalq fənn olimpiadalarında nailiyyətlərinin artırılması məqsədi ilə elmi tədqiqat müəssisələrinin, o cümlədən orada çalışan alim və mütəxəssislərin cəlb olunması üzrə mövcud əməkdaşlıq, işgüzar münasibətlər ümumilikdə təhsil sisteminə olduqca müsbət təsir göstərir.

Bu sahədə uğurlu fəaliyyət kimi cari ildə Yaponiyanın Naqasaki şəhərində keçirilməsi nəzərdə tutulan, lakin mövcud pandemiya şəraitinə görə virtual formatda baş tutan Beynəlxalq Biologiya Olimpiadasında ölkəmizi təmsil edən şagirdlərimizin tarixi uğurunu qeyd etmək olar.

Beynəlxalq Biologiya Olimpiadası Azərbaycan üzrə koordinatoru, AMEA Botanika İnstitutunun  şöbə müdiri, dos. Rəşad Səlimov olimpiadaya hazırlıq prosesi və tərəfdaş qurumların fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, 1990-cı ildən etibarən dünyanın müxtəlif ölkələrinin ev sahibliyi etdiyi beynəlxalq olimpiadanın məqsədi şagirdlərin biologiya elminə və müasir bioloji təfəkkürün formalaşmasına maraqlarını artırmaqdır. Onun sözlərinə görə, 1994-cü ildən etibarən bu mötəbər yarışda iştirak edən milli komandamızın bilik yarışına istər nəzəri, istərsə də praktik hazırlığında AMEA Botanika İnstitutu da özünəməxsus töhfəsini vermişdir.

Xatırladaq ki, 07-12 avqust tarixlərində 52 ölkədən 200-dən çox şagirdin iştirak etdiyi 31-ci Beynəlxalq Biologiya Olimpiadasında Rəşad Səlimovun rəhbərliyi altında alim və mütəxəssislərin elmi dəstəyi ilə 1 qızıl və 3 gümüşlə böyük uğura imza atan məktəblilərimiz Yaponiya və Sinqapur məktəbliləri ilə yanaşı 5-7-ci yerləri paylaşırlar (https://ibo2020.org/en/ibo-challenge-2020/results/).

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.