AMEA Radiasiya Problemləri İnstitutunda magistrantlarla görüş keçirilib
Sen 15 , 2020 | 02:00 / Mühüm hadisələr
Oxunma ( 1715 )

AMEA-nın Radiasiya Problemləri İnstitutunda “Radiasiya materialşünaslığı” ixtisası üzrə qəbul olunan I kurs və hazırda təhsil alan II kurs magistrantlarla görüş keçirilib.

Karantin rejiminin tələblərinə uyğun və sosial məsafə gözlənilməklə təşkil olunan görüşdə çıxış edən institutun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov gəncləri salamlayıb və magistrantlara uğurlar arzu edib.

O.Səmədov, həmçinin müəssisə əməkdaşlarının, magistrant, doktorant və dissertantların karantin rejimi dövründə müvafiq qaydalara tam əməl etməklə nümunəvi davrandığını və alimlərimizin izolyasiya şəraitində fəaliyyət göstərdiklərini vurğulayıb.

Görüşün sonunda II kurs magistrantların bu gündən etibarən distant tədrisə başlayacaqları diqqətə çatdırılıb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.