AMEA-nın Yüksək Texnologiyalar Parkı Silahlı Qüvvələrə Yardım Fonduna müxtəlif tibbi ləvazimatlar yardım edib
Okt 08 , 2020 | 07:51 /
Oxunma ( 980 )

Məlum olduğu kimi, sentyabrın 27-si səhər saatlarından etibarən təcavüzkar Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki şəxsləri intensiv atəşə tutmuşdur. Məhz bundan sonra Ali Baş Komandan İlham Əliyevin əmri ilə uğurlu əks-hücum əməliyyatlarına başlanılmışdır.

Azərbaycan ordusu böyük qəhrəmanlıq və şücaət göstərərək bugünədək Cəbrayıl şəhərini, o cümlədən bu və digər rayonların bir neçə kəndini, bir sıra yaşayış məntəqələrini və strateji yüksəklikləri işğaldan azad etmişdir. Hazırda Ordumuz işğal altında olan digər ərazilərimiz uğrunda əzmkar mübarizəsini davam etdirir.

Doğma torpaqlarımızın düşmən işğalından azad edilməsi yolunda xalqımız yumruq kimi birləşərək orduya tam dəstək nümayiş etdirir.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə akademiya da ölkənin ən böyük elm qurumu olaraq bu məsuliyyətli və şərəfli günlərdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Ordusuna tam dəstəyini nümayiş etdirir.

Akademik Ramiz Mehdiyev öz çıxışlarında Azərbaycan Silahlı Qüvvələrinin bölgənin ən qüdrətli ordusu olduğunu vurğulayır və hərbçilərimizin qısa zamanda ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə, işğalçılara tutarlı cavab verməyə qadir olduğunu bildirir.

Ziyalılarımız informasiya müharibəsinin önündə gedərək kütləvi informasiya vasitələrində müntəzəm olaraq çıxışlar edir, məqalələr yazır, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırırlar.

Bizim müəssisədə də çalışan ehtiyatda olan əsgər və zabitlərimiz ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində aparılan haqlı mübarizəyə qatılmağa, mənfur düşmənə qarşı vuruşmağa hər an hazırdır.

Bu günlərdə akademiya rəhbərliyinin tapşırığı ilə AMEA-nın elmi müəssisələri öz gəlirləri hesabına Silahlı Qüvvələrə Yardım Fonduna müəyyən vəsait köçürür, yardımlar edir.

AMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan Təcrübə-Sənaye Zavodu da Milli Ordumuza dəstək təşəbbüsünə qoşulub. Belə ki, zavod tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna, eləcə də Tərtər və Füzuli bölgələrində  yerləşən tibb məntəqələrinə və hərbi hissələrə çoxlu sayda tibbi ləvazimatlardan ibarət yardım edilib. Buraya Ağ Naftalan yağı, “Naftaderm” şampunu və losyonu, eləcə də digər şəxsi gigiyenik vasitələr, müxtəlif növ ağrıkəsicilər, yaraların işlənilməsi üçün məhlullar, spirt tərkibli vasitələr, sarğılar və s. daxildir.

Qələbə bizimlədir!

Ali Baş Komandanın dediyi kimi: “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Vasif Abbasov, AMEA Yüksək Texnologiyalar Parkının direktoru

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.