Okt 06 , 2020 | 08:13 /
Bu gün Azərbaycan əsgərinin çətin və şərəfli gün yaşadığı bir dövrdə xalqımızın nümayiş etdirdiyi həmrəylik, Vətənə sonsuz məhəbbət hissi damarında Azərbaycan qanı axan hər bir vətəndaşın qəlbində fəxarət hissi yaradır.
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi tədqiqat institutlarından 27.450 manat ianə köçürülüb.
- Ədəbiyyat İnstitutu - 10.000 manat
- Əlyazmalar İnstitutu - 4500 manat
- Folklor İnstitutu - 2800 manat
- Milli Azərbaycan Ədəbiyyatı Muzeyi - 8000 manat
- Hüseyn Cavidin Ev Muzeyi - 2000 manat
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna AMEA-nın İctimai Elmlər Bölməsinə aid olan institutları tərəfindən isə 48.439 manat ianə köçürülüb.
- A.A.Bakıxanov adına Tarix İnstitutu -15000 manat
- Arxeologiya və Etnoqrafiya İnstitutu -1000 manat
- Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu - 5000 manat
- Fəlsəfə İnstitutu - 2470 manat
- İqtisadiyyat İnstitutu - 8189 manat
- Qafqazşünaslıq İnstitutu - 2040 manat
- Elm Tarixi İnstitu - 550 manat (əlavə 190 manatlıq yardım)
- Milli Azərbaycan Tarixi Muzeyi - 14.000 manat
Ordumuz üçün, vətənimiz üçün, torpaqlarımızın bütövlüyü uğrunda canından, qanından keçməyə hazır olan igid oğullarımıza edilən dəstək davamlı olacaq. Alimlərimiz inanır ki, Azərbaycanın üçrəngli bayrağı tezliklə Qarabağın bütün ərazilərində dalğalanacaqdır.