Torpaqşünaslıq və Aqrokimya İnstitutunun gənc alimlərinin bəyanat veriblər
Okt 06 , 2020 | 08:54 / Müsahibələr, çıxışlar
Oxunma ( 1160 )

2020-ci il sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri 28 ildən artıqdır ki, Dağlıq Qarabağda davam edən işğalçı, təcavüzkar və insanlığa layiq olmayan həmlələrini təkrarlayıb və növbəti dəfə Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, kəndlərimizi və mülki vətəndaşlarımızı hədəfə alaraq təxribatlarını davam etdiriblər. Buna cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatlarına başlayıb, Ermənistan tərəfindən uzun illərdir işğal altında saxlanılan bir neçə kəndlərimiz və hərbi-strateji mövqelərimiz işğaldan azad olunub.

İşğalçı erməni dəstələrinin cəbhəboyu yerləşən yaşayış məntəqələrimizi atəşə tutması, mülki əhalimizi hədəfə alması ölkə gənclərini, o cümlədən AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun gənc əməkdaşlarını hədsiz qəzəbləndirib.

Müəssisənin gəncləri bəşəri cinayətləri törədən faşist xislətli işğalçı erməni ordusunun törətdiyi qanlı cinayətlərini lənətləyir, beynəlxalq ictimaiyyəti, dost və qardaş ölkələrin vətəndaşlarını, dünyanın sülhpərvər insanlarını, Azərbaycanı və azərbaycanlıları ürəkdən sevən hər kəsi, xüsusən də bütün dünyada yaşayan sülh tərəfdarı gəncləri ölkəmizin haqq işini ürəkdən dəstəkləməyə, ərazi bütövlüyümüzün təmin olunmasına yardımçı olmağa çağırır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli əmri ilə Silahlı Qüvvələrimizin vətənpərvər əsgər və zabit heyəti tərəfindən düşmən təxribatlarının qarşısının alınması, torpaqlarımızın murdar erməni faşistlərindən təmizlənməsi uğrunda göstərdiyi şücaət hər birimizi hədsiz qürurlandırır, böyük qələbəyə ümidlərimizi qat-qat artırır. Dövlət başçısının xalqımıza müraciəti, haqq işimizin dünya ictimaiyyətinə və təşkilatlara beynəlxalq hüququn prinsiplərinə əsaslanmış şəkildə çatdırılması hər birimizdə böyük zəfərlərə inam hissi oyadıb. Törədilən təxribatlar nəticəsində həlak olan dinc sakinlərimizə və torpaqlarımızın azad olunması uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyir, şanlı və qüdrətli ordumuza bu haqq mübarizədə yeni zəfərlər arzulayırıq.

Bu şərəfli və ağır günlərdə bütün xalqımız kimi biz gənclər də cəbhədən gələn xəbərləri həyəcanla izləyir, rəşadətli ordumuzun işğal altındakı torpaqları mənfur düşmənlərdən azad edəcəyi günü səbrsizliklə, inamla gözləyir. Böyük zəfər yürüşündə Ali Baş Komandanımıza və ordumuza qələbə sevinci diləyirik.

Qarabağ Azərbaycandır!

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.