AMEA-nın gənc alimləri Ermənistanın təxribatları ilə bağlı bəyanat yayıb
Okt 01 , 2020 | 09:11 / Müsahibələr, çıxışlar
Oxunma ( 980 )

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası cəbhədəki vəziyyətlə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: “Bildiyimiz kimi, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələri daha əvvəllər də həyata keçirdikləri təcavüzkar və qeyri-insanı həmlələrini təkrarlayaraq, növbəti dəfə Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini, kəndlərimizi, yaşayış evlərini və mülki vətəndaşlarımızı hədəfə alaraq təxribatlarını davam etdiriblər. Buna cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri təcavüzkar düşmənlə həmsərhəd yerləşən tarixi ərazilərimiz boyunca genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatlarına başlayaraq, Ermənistan tərəfindən uzun illərdir işğal altında saxlanılan bir neçə rayona məxsus kəndlərimizi və hərbi-strateji mövqelərimizi geri qaytarmağa müvəffəq olub. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri və birbaşa nəzarəti ilə reallaşan bu əməliyyatlar nəticəsində tarixi düşmənimiz daha artıq sayda canlı qüvvə və hərbi texnika itirərək geri çəkilməyə məcbur edilib.

Azərbaycan cəmiyyəti, o cümlədən gənc alimlərimiz müasir hərb tariximizdə qeydə alınan bu böyük qələbəmizi şərtləndirən əsas amillər sırasında Prezident İlham Əliyevin qətiyyətli və mətin siyasi iradəsini, həmçinin Silahlı Qüvvələrimizin sarsılmaz əzmini və günü-gündən artan qüdrətini görür və təqdir edir. Azərbaycanın çoxsaylı gənc alimini və tədqiqatçısını özündə birləşdirən Gənc Alim və Mütəxəssislər Şurası həmişə olduğu kimi bu gün də Prezidentin yürütdüyü siyasəti alqışlayır, belə həssas və məsuliyyətli dönəmdə ordumuzun Vətən uğrunda apardığı mübarizəni dəstəkləyir. Törədilən təxribatlar nəticəsində həlak olmuş dinc sakinlərimizə və torpaqlarımızın azad olunması uğrunda canlarından keçən vətəndaşlarımıza Allahdan rəhmət diləyir, şanlı və qüdrətli Ordumuza bu haqq mübarizədə yeni nailiyyətlər arzulayır”.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.