Kimyaçı alimlər Azərbaycan Silahlı Qüvvələri ilə birlik nümayiş etdirirlər
Sen 29 , 2020 | 09:24 / Mühüm hadisələr
Oxunma ( 1543 )

AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun kollektivi son günlər Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təxribata layiqli cavab verən Azərbaycan Silahlı Qüvvələrinə dəstək nümayiş etdirən iclas keçiriblər.

İclasda elmi müəssisənin direktoru, akademik Vaqif Fərzəliyev Azərbaycanın müzəffər ordusunun qələbə xəbərlərinin davamlı olacağını qeyd edib. Vurğulayıb ki, bu həssas dönəm hər kəsin, o cümlədən alimlərin öz sahəsində ikiqat çalışmasını tələb edir: “Biz elmi müəssisə olaraq öz fəaliyyətimizi genişləndirməliyik. Ehtiyac yarandığı zaman bizə veriləcək strateji tapşırıqları yüksək səviyyədə yerinə yetirməyə hazır olmalıyıq”.

Diqqətə çatdırılıb ki, düşmən qüvvələrinin ağır itkilərə məruz qalması Azərbaycan ordusunun yüksək döyüş hazırlığının, ordu-xalq, xalq-Ali Baş Komandan birliyinin məntiqi nəticəsidir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.