Okt 11 , 2020 | 07:42 / Mühüm hadisələr
Azərbaycna Milli Elmlər Akademiyası Gənc Alim və Mütəxəssislər Şurası tərəfdaş olduğu, dünya, Avropa Alimlər Şurasının üzvləri, dünyanın aparıcı elm mərkəzlərində çalışan alimlərə müraciət ünvanlayıb. Belə ki, Şura üzvləri olan yerli alimlərimiz həmkarlarını 27 sentyabr-11 oktyabr 2020-ci il tarixləri arasında Ermənistan silhahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlər haqında geniş məlumatlandırıblar. Xarici elm adamlarının diqqətinə çatdırılıb ki, bu müddət ərzində 41 dinc sakin həlak olub, 205 dinc sakin yaralanıb. 1165 yaşayış evi, 57 çoxmənzilli yaşayış binası və 146 mülki obyekt yararsız vəziyyətə düşüb.
Məlumatda deyilib ki, xüsusən 11 oktyabr gecə saatlarında Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə bölgəsindən 60 kim kənarda yerləşən Gəncə şəhərinin raket atəşinə məruz qalması ilə qadınlar və azyaşlı uşaqlar da daxil olmaqla mülki əhaliyə qarşı terror aktı törədilməsi Ermənistanın mahiyyət etibarı ilə terrorçu dövlət olduğunu təsdiq edir.
Şuranın məlumatında xarici həmkarlardan bu hadisələrə real qiymət sərgilənməsi, həmrəylik nümayiş etdirilməsi və dinc sakinlərə soyqırım aktlarını pisləyən bəyanatlar verilməsi xahiş olunur.