AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun gənc alimləri informasiya savaşına qoşulublar
Okt 20 , 2020 | 12:27 / Mühüm hadisələr
Oxunma ( 1696 )

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) üzvləri “Düşmənə qarşı informasiya savaşı” şüarı altında seminar təşkil edərək gənc alimləri informasiya müharibəsində fəal iştirak etməyə çağırıblar.

Əvvəlcə şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Seminarda institutun GAMŞ-ın sədri, r.ü.f.d., dosent Rəşad Məstəliyev “Qarabağ Azərbaycanındır” mövzusu ətrafında çıxış edərək gənc alimlərə Qarabağ həqiqətlərini çatdırıb.

Sədr müavini, i.ü.f.d. Aygün Əliyeva isə gəncləri informasiya savaşında fəal olmağa çağıraraq, daha diqqətli olmalarını və rəsmi informasiyalardan istifadə etmələrini tövsiyə edib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.