Dünyada bitki və göbələklərin vəziyyətinə dair virtual simpoziumda Botanika İnstitutunun alimləri iştirak ediblər
Okt 20 , 2020 | 03:12 /
Oxunma ( 992 )

Botanika İnstitutunun alimləri Kyu Kral Bağının təşəbbüsü ilə keçirilmiş bitki və göbələklərin hazırkı vəziyyətinin təhlili üzrə beynəlxalq Simpoziumda (State of the World's Plants and Fungi Virtual Symposium) iştirak etmək üçün dəvət olunublar. Simpoziumu Kyu Kral Bağının elm üzrə direktoru Prof. Aleksandre Antonelli açaraq virtual tədbirə 3000-dək iştirakçının qatıldığını bildirib. Tədbirdə AMEA Botanika İnstitutundan institutun direktoru, akademik V.M.Əli-zadə, şöbə və laboratoriyaların müdirləri D.N.Aghayeva, R.A.Səlimov və A.Q.İbrahimova iştirak ediblər.

Virtual tədbirin əsas məqsədi biosferin və Yer səthində intensiv və ardıcıl təhlükələrə məruz qaldığını bir daha xatırlatmaqdır. Bu təhlükələrə meşə sahələrinin azalması, qlobal emissiyanın nəticəsi kimi iqlim sisteminin pozulması, yeni patogenlərin məhsuldarlıq və sağlamlıq üçün yaratdığı təhlükələr, yerli növlərin invaziv növlərlə rəqabətdə çıxdaş olması aid edilir. Simpozium bu məsələlər ətrafında edilən çıxışlar, əldə olunan məlumatlar və biliklərin qiymətləndirilməsinə əsasən, həmçinin bitki və göbələklərin global statusunda meyilləri izləməklə mühüm beynəlxalq standartları müəyyən edir.

Qeyd edək ki, bu qlobal tədbirdə Azərbaycan alimlərinin iştirakı yuxarıda göstəilən təlükələri nəzərə almaqla ölkəmizdə bioloji müxtəlifliyin mühafizəsi istiqamətində yeni inkişaf mərhələsinin müəyyənləşdirilməsinə təkan verəcəkdir.

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.