Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxxəsislər Şurasına yeni üzvlər qəbul edilib
Okt 22 , 2020 | 04:07 / Mühüm hadisələr
Oxunma ( 1233 )

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxxəsislər Şurasının idarə heyətinin iclası keçirilib. Covid-19 pandemiyasinilə əlaqədar tətbiq olunan karantin qaydalarına əməl edilən iclası giriş sözü ilə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev açıb. F.Mustafayev qeyd edib ki, hal-hazirda informasiya müharibəsinin getdiyi arxa cəbhədə də olduqca diqqətli olmalıyıq. Sosial mediada paylaşılanlara diqqət etmək, doğru təbliğat aparmaq bizim hər birimizin bir azərbaycanlı olaraq üzərimizə düşən vəzifədir. Azərbaycanın ərazi bütövlüyü haqqında gerçəkliyi, düşmənin mənfur əməllərini müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırmalıyıq. Həmcinin informasiya təhlükəsizliyinin ən  mühim əhəmiyyət kəsb etdiyi bu günlərdə cəbhə xəttindən cəkilmiş  hərbi texnika və əsgər mövqelərini  nişan verəcək görüntüləri yaymamalıyıq. 

İclasda həmçinin  institutun Gənc Alim və Mütəxxəsislər Şurasının idarə heyətinə  iki yeni üzv Nigar Mehdiyeva və Şəbnəm Məmmədova  iclas iştirakçılarına  təqdim edilib. Belelikle institutun Gənc Alim və Mütəxxəsislər Şurasının idarə heyətinin üzvlərinin sayı 11 olub.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.