Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun gəncləri könüllü olaraq ön cəbhədə döyüşən əsgərlərə sovqat aparıb
Okt 26 , 2020 | 03:52 / Görüşlər
Oxunma ( 1423 )

25 oktyabr AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxxəsislər Şurasın təşkilatçılığı ilə institutun gəncləri könüllü olaraq ön cəbhədə vuruşan əsgərlərimizə sovqat aparıb. Bu haqda məlumat verən Şuranın sədri Fərid Mustafayevin sözlərinə görə, ordumuzun maddi-texniki bazasının tam təchiz olunmasına baxmayaraq,  arxa cəbhədə olan hər kəs öz vətəndaşlıq mövqeyini bildirir və maddi və mənəvi formada əsgərlərimizin yanında olmağa çalışır: "Əminik ki, hal-hazırda cəbhədə düşmənə qarşı mubarizədə  əsgərlərə aparılan bu  sovqatlar torpaqlarımızı işğaldan azad etməyə çalışan hərbçilərdə daha da ruh yüksəkliyi  yaradacaq".

O bildirib ki, belə həssas günlərdə bu addımlar respublikamızda ordu və xalq arasında olan birliyin yüksək səviyyədə olduğunun göstəricisidir. "Azərbaycan haqlı mübarizəsində qələbə qazanacaq. Əsgərlərimizlə hər zaman qürur duyuruq. Qarabağ Azərbaycandır! Qələbə bizimlədir!", deyə qeyd edib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.