AMEA Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvləri ilə görüş keçiriləcək
Okt 27 , 2020 | 11:50 / Mühüm hadisələr
Oxunma ( 1516 )

Ölkədə yaranmış mövcud vəziyyətlə əlaqədar AMEA Rəyasət Heyətinin akademik katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun AMEA Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvləri ilə görüşü olacaq. Görüş 28 oktyabr saat 14.30 da AMEA Əsas Bina II mərtəbə akt zalında keçiriləcək. İclasda pandemiya ilə əlaqədar yalnız Şura sədlərinin iştirakı nəzərdə tutulur.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.