AMEA gənc alim və mütəxəssisləri «Əsgərə Məktub» layihəsinə start veriblər
Okt 27 , 2020 | 11:54 /
Oxunma ( 1462 )

Məlum olduğu kimi ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün Azərbaycanın şanlı və müzəffər ordusu yüksək iradə nümayiş etdirir, işğal altında olan torpaqlarımızı düşmən əsarətndən azad edir. AMEA gənc alimlər olaraq bu günlərdə ordumuza maddi və mənəvi dəstəyini göstərməkdədir. Şura əsgərlərimizin döyüş ruhunun daha da yüksəldilməsi üçün  «Əsgərə Məktub» layihəsinə başlamağa qərar verib.

 Bununla bağlı yayılan elanda AMEA aid olan hər bir təşkilat topladığı 5-10 sayda məktubu [email protected] elektron ünvanına göndərməlidir. Məktubların sonunda müəllif adını soyadını və işlədiyi (təhsil aldığı) müəssisəni və imzasını göstərməli, məktubların formatı «pdf», «jpeg» formatında olmalı (imzanın görünməsi üçün). Məktubların həcmi bir A4 vərəqindən çox olmamalıdır (əlyazma və ya kompüter vasitəsi ilə).

Məktubların göndərilməsi üçün son tarix 01.11.2020-ci ildir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.