Fotos
Kimyaçı alimlərin məqaləsi nüfuzlu xarici jurnalda dərc olunub
Okt 28 , 2020 | 05:27 / Elmi nəşrlər
Oxunma ( 1779 )

Bakı Dövlət Universitetinin Ekoloji kimya kafedrasının müdiri, kimya elmləri doktoru, professor Sevinc Hacıyeva, kimya üzrə fəlsəfə doktoru, dosent Elmina Qədirova və AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayevin birgə müəllifi olduğu “Rutil fazaya aid TiO2 nanohissəciklərinin fotokatalitik xüsusiyyətlərinin tədqiqi” adlı məqalə nüfuzlu “Journal of Molecular Structure” nəşrində dərc olunub (https://www.sciencedirect.com/science/article/abs/pii/S0022286020318494).

Məqalədə, fenol məhlulunun fotokimyəvi ləğvi rutil fazaya sahib TiO2 nanohissəciklərinin iştirakı ilə həyata keçirilmiş, bu nanohissəciklərin fiziki və kimyəvi xüsusiyyətləri araşdırılmış və bəzi mühüm nəticələr əldə edilmişdir.

Xatırladaq ki, “Web of Science” bazasında arxivləşən impact faktoru 2.5 olan “Journal of Molecular Structure” kimyada molekulyar quruluşların tədqiqatına həsr olunan Q1 reytinqli jurnallardan biridir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.