Erməni terroruna cavab doyüş meydanında verilir!
Noy 02 , 2020 | 03:00 / Müsahibələr, çıxışlar
Oxunma ( 1855 )

Ermənistan döyüş meydanında məğlubiyyətini etiraf edir və Azərbaycanın mülki şəxslərini hədəfə alaraq bəşəri və insani dəyərlərə, beynəlxalq hüquq və konvensiyalara məhəl qoymur, terror və soyqırımı aktları törədərək hərbi cinayətlər həyata keçirir. Ermənistan dövlətinin terrorçu və işğalçı siyasəti bütün dünyaya məlumdur. Xocalı soyqırımının eyni adlı ssenarisi ilə Gəncə, Bərdə, Tərtər və digər rayon və şəhərlər atəşə tutulur. Ermənistan silahlı qüvvələrinin döyüş əməliyyatları zonasından kənarda yerləşən Bərdə şəhərini raket atəşinə məruz qoyaraq humanitar atəşkəs rejiminin şərtlərini növbəti dəfə kobud şəkildə pozması nəticəsində vətəndaşlarımızın həlak olması düşmənin açıq-aşkar beynəlxalq hüquq normalarını və prinsiplərini heçə sayması deməkdir. “Smerç” qurğusundan buraxılmış kasetli raketlərlə atəş nəticəsində 21 nəfər həlak olub, 70-dən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bütün iqtisadi-siyasi uğurlarına görə regional gücə sahiblənən Azərbaycana qarşı törədilən terror aktlarının əsas məqsədi, riyakar və mənfur Ermənistanın ölkə rəhbərliyi döyüş meydanındakı məğlubiyyətini pərdələyərək mülki şəxsləri qətlə yetirməklə nüfuzunu yüksəltməyə çalışır. Gəncə, Bərdə, Tərtər və digər rayon və şəhərlərin mülki əhalisinin sıx yaşadığı ərazilərin xüsusi olaraq seçilməsi və davamlı atəşə tutulması Ermənistanın azğınlaşmış hərbi-siyasi rəhbərliyinin birbaşa göstərişi və tapşırığı ilə həyata keçirilir.

Ermənistan Respublikası silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərinə məhəl qoymaması dünya ictimaiyyəti tərəfindən ümumbəşər dəyər və beynəlxalq hüquq prinsiplərinin pozulması kimi qəbul edilməli və hərbi cinayət aktları qəti şəkildə pislənməlidir. Azərbaycan nəinki öz ərazi bütövlüyü uğrunda döyüşür, eyni zamanda, regionda daimi sülhün və sabitliyin təmin olunması üçün beynəlxalq terrorizmlə mübarizə aparır. Dünya dövlətləri işğalçı və terrorist dövlətə dur deməli və regionda ədalətin və sülhün təmin edilməsində Azərbaycana dəstək olmaqla sülhə, sabitliyə, ümumbəşər dəyər və beynəlxalq hüquq normalarının qorunmasını töhfə vermiş olarlar.

Düşmən ölkənin mülki əhalimizə qarşı cinayətkar terror hücumlarına Azərbaycan yalnız və yalnız döyüş meydanında layiqli şəkildə cavab verir və həlak olan mülki şəxslərimiz və şəhidlərimizin qisasını alır. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi və liderliyi ilə hərbi güc və potensialımızın möhkəmlənməsi uğrunda həyata keçirilmiş dövlət siyasətinin nəticəsində ən yüksək resurs və təminata malikdir. Bu uğurlar Azərbaycan Ordusunun qələbəsinin təminatıdır. Düşmən terrorçu qruplaşmaları ilə birgə, havadarlarının dəstəyinə baxmayaraq, döyüş meydanında məğlubiyyətə düçar olur. Azərbaycan Ordusu isə ən müasir silah və texnikalara sahibdir və döyüş meydanında heç bir kənar qüvvələrin təsiri olmadan zəfər çalır.

Azərbaycan dövləti məğlubedilməz və şanlı Azərbaycan Ordusunun yüksək döyüş əzmi və ruhu ilə regionda sülhün və sabitliyin təmin edilməsinə nail olacaq. Azərbaycan əzəli və əbədi torpaqlarından bir qarış belə güzəştə getməyəcək! Xalqımız olduqca məğrur, dözümlü və bir qarış torpaqdan belə vaz keçməyəcək qədər qətiyyətli və əzmlidir. Heç bir düşmən həmləsi və hiyləgərliyi mülki vətəndaşlarımızı çaşqın vəziyyətə salmayacaq və xalqımız Ali Baş Komandanımızın ətrafında daha sıx birləşərək, qələbə qazanacaqdır.

Qələbə Azərbaycanındır! Qarabağ Azərbaycandır!  #Gələcəyindüzgünqur

 

Fərid Mustafayev

 

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun 

 

Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri

 

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.