AMEA Geologiya və Geofizika İnstitutunda doktorant və dissertantlarla görüş keçirilib
Noy 02 , 2020 | 06:00 / Mühüm hadisələr
Oxunma ( 1587 )

AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) direktoru, akademik Akif Əlizadə müəssisənin doktorant və dissertantları ilə görüşüb.

Görüşdə hər bir tədqiqatçının elmi mövzusu və aparılan çöl tədqiqat işləri haqqında müzakirələr aparılıb.

Akademik Akif Əlizadə tədqiqatçıların dissertasiya işlərinin gedişatında əldə etdikləri elmi nəticələr və həmçinin bu tədqiqatların əsasında çap olunmuş elmi əsərlərlərlə tanış olub.

Tədbirdə eləcə də dissertasiya işlərinin yerinə yetirilməsində, tədqiqat sahələrində iştirakın davamiyyətində, götürülən analizlərin aparılmasında və pandemiyaya görə yaranmış məhdudiyyətlərlə bağlı problemlər həllini tapıb.

Akademik, həmçinin elmi mövzu rəhbərlərini daha tələbkar olmağa çağırıb, işlərin uğurla sona çatdırılması üçün isə GGİ tərəfdən hər cür köməkliyin göstəriləcəyini vurğulayıb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.