AMEA Botanika İnstitutunda “Əsgərə Məktub” aksiyası keçirilib
Noy 05 , 2020 | 03:16 /
Oxunma ( 1594 )

AMEA Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının  təşkilatçılığı ilə “Əsgərə Məktub” aksiyası keçirilib.

İnstitutun gənc mütəxəssisləri Mirzəyeva Şəhla, Nigar Mürsəlqızı, Asya Əkbərova, Aydan Zeynalova,Ülkər Hüseynova, Məhsəti Qurbanova, Gövhər Süleymanzadə böyük ruh yüksəkliyilə yazıb əsgərlərə ünvanladığı məktublarında Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın azadlığı uğrunda apardıqları döyüşlərdən fəxrlə bəhs ediblər. Məktublarda ərazi bütövlüyümüzün bərpasına sonsuz inam və düşmənə qarşı göstərdikləri rəşadətli əməliyyatlara görə əsgərlərə minnətdarlıq ifadə olunub.

Məktublar “Qarabağ Azərbaycandır” devizi ilə yazılıb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.