Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda "Bayraq şərəfimiz, şanımız" adlı tədbir keçirilib
Noy 06 , 2020 | 02:40 / Mühüm hadisələr
Oxunma ( 2025 )

6 noyabr 2020-ci il tarixdə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutuNun Gənc Alim və Mütəxxəsislər Şurasın təşkilatçılığı ilə "Bayraq şərəfimiz, şanımız" adlı tədbir keçirilib.Tədbirdə İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev, elmi işlər üzrə direktor müavini a.e.ü.f.d Qoşqar Məmmədov, AMEA Gənc Alim və Mütəxxəsislər Şurasının sədri f.e.f.d Famin Salmanov, institutun Gənc Alim və Mütəxxəsislər Şurasın sədri Fərid Mustafayev və institutun gəncləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru professor Əlövsət Quliyev bildirib ki, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin və milli birliyimizin rəmzidir. Ali Baş Komandan cənab İlham Əliyevin əmri və bilavasitə rəhbərliyi ilə erməni qəsbkarlarının hücumlarına cavab olaraq şanlı Azərbaycan ordusu işğal olunmuş ərazilərimizi tamamilə düşməndən azad edərək bayrağımızı bütöv Azərbaycan üzərində, Qarabağda dalğalandıracaq.

Daha sonra çıxış edən AMEA Gənc Alim və Mütəxxəsislər Şurasının sədri f.e.f.d Famin Salmanov çıxış edərək bayrağın dövlətimizin  bütövlük, müstəqillik,  müqəddəslik rəmzi olduğunu vurğulayıb. Həmçinin F.Salmanov vurğulayıb ki, bu gün Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu  siyasət və hal- hazırda  cəbhədə düşmənə qarşı mubarizə aparan əsgərlərimizin qəhrəmanlığının nəticəsi olaraq bayrağımız işğaldan azad edilən torpaqlarımızda dalğalanır.

İnstitutun Gənc Alim və Mütəxxəsislər Şurasın sədri Fərid Mustafayev bildirib ki, bayraq namusumuz, qeyrətimiz, Vətənimizin tarixini yaşadan atributdur. Bu həssas günlərdə bayrağımızı göz bəbəyi kimi qorumaq və onunla qürur duymaq borcumuzdur.

Daha sonra çıxış edən institutun  elmi işlər üzrə direktor müavini a.e.ü.f.d Qoşqar Məmmədov və Gənc Alim və Mütəxxəsislər Şurasının üzvü Könül Qafarbəyli Dövlət bayrağımızın çətin və keşməkeşli tarixindən, bayrağımızın simvollarının mənalarından bəhs ediblər.Üçrəngli bayrağımız şərəfli bir yol keçərək bu gün müstəqil Azərbaycanın başı üzərində dalğalanır.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.