Fotos
AMEA Neft və Qaz İnstitutunun gənc alimi ön və arxa cəbhəyə dəstək göstərib
Noy 06 , 2020 | 03:13 / Mühüm hadisələr
Oxunma ( 1683 )
Azərbaycan naminə Böyük Vətən müharibəmiz həm ön, həm də arxa cəbhədə davam edir. Hər kəsi bu şanlı zəfər yolunda Silahlı Qüvvələrə öz dəstəyini göstərir. AMEA Neft və Qaz İnstitutunun əməkdaşı yer elmləri üzrə fəlsəfə doktoru, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Rəqsanə Əsgərova qön cəbhədə döyüşçülərimizə ərzaq, geyim, dərman, arxa cəbhədə isə ehtiyacı olan döyüşçü ailələrinə maddi və mənəvi yardım dəstəyi göstərmişdir. O, orduya qan vermə aksiyasında da fəal iştirak etmişdir.  Özünün qeyd etdiyi kimi ordumuzun heç bir maddi-texniki dəstəyə ehtiyacı yoxdur, lakin əsgərlərin yanında olmaq ordu–xalq birliyinin təcəssümdür. Orduya yardım vətəndaşlar arasında mənəvi bağları gücləndirir, döyüşçülərimizdə ruh yüksəkliyi yaradır: "Orduya mənəvi dəstəkdir, həm də vətəndaş iştirakçılığının gücləndirilməsi, vətəndaş təşəbbüslərinin təşkilidir. Burada əsl məsələ, vətəndaşlar arasında mənəvi bağları gücləndirmək, orduya mənəvi dəstək verməkdir. Bununla göstərilir ki, heç kəs özünü qıraqda saymır, nəyəsə töhfə verməyə çalışır, bir işin qulpundan yapışır və bunun fayda verdiyinə inanır. Bütün bunlar cəmiyyətdə milli birliyə xidmət edir. Bunun başqa adı yoxdur. 
Allahım ordumuza zəfər bəxş eyləsin. Əsgərlərimizi mətanətli, ayıq və çevik eyləsin. Bayrağımızı Qarabağın hər tərəfində ucaltmağı nəsib eyləsin. Şəhidlərimizə rəhmət, yaxınlarına səbir, yaralılarımıza tezliklə şəfa versin diləyir.Bir olub birlik yaradaq. Biz birlikdə güclüyük. Qarabağ Azərbaycandır!" deyə fikirlərinə əlavə edib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.