Fotos
G'nc alim ilin ən yaxşı rəyçisi sertifikatı ilə təltif olunub
Noy 06 , 2020 | 08:45 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 2271 )
Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Nüvə Reaksiyaları lobaratoriyasına ezam olunmuş əməkdaşı Mirzəyev Mətləb Nəbi oğlu "Elsevier" nəşriyyatının yüksək impakt faktorlu jurnalları olan Vacuum (https://www.journals.elsevier.com/vacuum, İF=2.906) və Radiation Physics and Chemistry (https://www.journals.elsevier.com/radiation-physics-and-chemistry, İF=2.226) tərəfindən ilin ən yaxşı rəyçisi sertifikatı ilə təltif olunmuşdur.
Xatırladaq ki, Mətləb Mirzəyev 2019-cu ildə Vacuum, Radiation Physics and Chemistry və Journal of Nuclear Materials jurnallarına "Müxtəlif ionlaşdırıcı mühütlərdə bərk cisimlərin termodinamik halı" istiqaməti üzrə rəyçi kimi qəbul edilmişdir.
 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.