“Arxeoloji və etnoqrafik maddi mədəniyyət nümunələrinin yaşının təyin edilməsinin əhəmiyyəti” mövzusunda elmi seminar keçiriləcək
Noy 14 , 2020 | 06:18 / Mühüm hadisələr
Oxunma ( 1892 )

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Sevinc Nəsirova və Aybəniz Əhədovanın iştirakı ilə 19.11.2020-ci il tarixində saat 15.00-da ZOOM platformasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Tarix və TTT kafedrasının təşkilatçılığı ilə “Arxeoloji və etnoqrafik maddi mədəniyyət nümunələrinin yaşının təyin edilməsinin əhəmiyyəti” mövzusunda elmi seminar keçiriləcək. Seminarda Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fodunun müdiri, ADPU-nun Ümumi Tarix və TTT kafedrasının müəllimi t.ü.f.d. Sevinc Nəsirova “Etnoqrafik materialların yaşının təyin edilməsinin əhəmiyyəti və problemləri”, AMEA Radiasiya Problemləri İnstitutunun elmi işçisi Aybəniz Əhədova isə “Arxeoloji abidələrin radioizotop tarixləndirilməsi" mövzusu ilə çıxış edəcəklər.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.