
Noy 17 , 2020 | 06:00 / Elmi müsabiqələr
Xəbər verdiyimiz kimi AMEA Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə tələbələr üçün AMEA-nın 75 illiyinə həsr olunan “Gələcəyə addım” adlı geologiya və geofizika üzrə ümumrespublika olimpiyadasının keçirilməsi nəzərdə tutulmuşdur. Bu gün sözügedən müsabiqənin birinci mərhələsi baş tutmuşdur.
Zoom platforması üzrə onlayn keçirilən olimpiyadaya ümumi olaraq 5 təşkilatdan 28 nəfər, o cümlədən 13 bakalavr və15 nəfər magistr müraciət etmişdi.
Final mərhələsi noyabr ayının 26-da keçiriləcək müsabiqənin bu mərhələsində iştirakçılara təqdim edilən istiqamətlər üzrə müəyyən meyarlara cavab verən esseni azərbaycan, ingilis və ya rus dilində hazırlamaq tapşırılıb. Elmi Təşkilat Komitəsi müsabiqənin sözügedən mərhələsində iştirakçıları maraqlandıran suallara aydınlıq gətirmiş, final mərhələsi üçün namizədlərin müəyyənləşdirilməsi prosesində üstünlük veriləcək meyarlar haqqında geniş məlumat vermişlər.
AMEA-nın tarixində ilk onlayn olimpiada kimi yadda qalan müsabiqənin növbəti mərhələsi üçün namizədlərin müəyyənləşdirilməsi məqsədilə müəyyən dövr ərzində iştirakçılar tərəfindən hazırlanacaq esselərin qiymətləndirilməsi nəzərdə tutulur.
Final mərhələsinə yüksələn və ən yaxşı nəticə göstərən bakalavr və magistrlər müsabiqənin dörd nominasiyası üzrə qalib elan ediləcəklər. Müsabiqənin mükafat fondu 2200 AZN təşkil edir.
Müsabiqədə haqqında ətraflı məlumat üçün göstərilən linkə keçid edin.
https://sites.google.com/view/olimpiada2020/ana-s%C9%99hif%C9%99