Botanik alim beynəlxalq simpoziumda çıxış edib
Dek 07 , 2020 | 08:56 / Mühüm hadisələr
Oxunma ( 1566 )

AMEA-nın Botanika İnstitutunun Sistematika və biomüxtəliflik şöbəsinin müdiri, b.ü.f.d., dos. Rəşad Səlimov Türkiyənin Rəcəb Tayyib Ərdoğan Universitetinin təşkilatçılığı ilə onlayn keçirilən II beynəlxalq Biomüxtəliflik Tədqiqatları Simpoziumunun (2nd International Symposium on Biodiversity Research, ISBR2020) plenar iclasında məruzə ilə çıxış edib.

Bioloji müxtəlifliyin və ekosistemə dair müxtəlif aspektli məsələlərin müzakirə olunduğu simpoziumda R.Səlimov “Azərbaycanda bioloji müxtəliflik və ekosistem tədqiqatlarının innovativ yanaşmalarının tətbiqi: nailiyyətlər və çağırışlar” mövzusuna toxunub, Botanika İnstitutunda son illərdə bu sahədə aparılan məqsədyönlü tədqiqatlara dair məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.