Radiasiya Problemləri İnstitutunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
Dek 05 , 2020 | 08:58 /
Oxunma ( 959 )

AMEA-nın Radiasiya Problemləri İnstitutunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ölkə başçısının Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında imzaladığı Sərəncama əsasən təşkil olunan anım tədbirində çıxış edən müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov Azərbaycanın cəmi 44 gün ərzində döyüş meydanında və sülh yolu ilə geri qazandığı əzəli torpaqları haqqında məlumat verib, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və şanlı ordumuza kollektiv adından minnətdarlığını bildirib. O.Səmədov daha sonra Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 hərbi qulluqçusunun şəhid olduğunu, hərbi əməliyyatlar zamanı yaralanmış 1245 əsgər və zabitin isə tibb müəssisələrində müalicəsinin davam etdirildiyini diqqətə çatdırıb.

Qeyd edək ki, institut rəhbərliyi və kollektivinin bir hissəsinin iştirak etdiyi tədbir karantin rejiminin tələblərinə uyğun və izolyasiya şəraitində təşkil olunub.

Allah şəhidlərimizə rəhmət eləsin, bütün yaralılara şəfa versin.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.