Fotos
Gənc torpaqşünas Beynəlxalq Elmi-Praktik konfransda iştirak edib
Dek 10 , 2020 | 03:19 / Mühüm hadisələr
Oxunma ( 2159 )

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəsislər Şurasının sədri Fərid Mustafayev  Rusiya Kənd Təsərrüfatı Elmlər Akademiyasının müxbir üzvü Boçkaryovun xatirəsinə həsr edilmiş Beynəlxalq Elmi-Praktik onlayn konfransda iştirak edib.

F.Mustafayev konfransda “Azərbaycanda torpaqların mövcud vəziyyəti və onların yaxşılaşdırılmasının elmi əsasları"adlı maraqlı məruzə ilə çıxış edib, sualları ətraflı cavablandırıb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.