AMEA Botanika İnstitutunun mütəxəssisi – “MDB-nin ən yaxşı gənc alimi – 2020” siyahısında yer alıb
Dek 10 , 2020 | 03:26 / Mühüm hadisələr
Oxunma ( 1759 )

AMEA Botanika İnstitutunun kiçik elmi işçisi Aydan Zeynalova Kazaxstanın Nursultan şəhərində keçirilən Beynəlxalq Tələbələr Birliyi və "Bobek" Assosiyasıyası tərəfindən təşkil olunan Müstəqil Dövlətlər Birliyinin elm və təhsil müəssisələri arasında "MDB-nin Gənc Alimi - 2020" beynəlxalq layihənin iştirakçısı olub. Layihənin nəticələrinə əsasən A. Zeynalovanın təqdim etdiyi məqalə münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və sertifikata layiq görülüb. Məqalə MDB ölkələrinin "Ən Yaxşı Gənc Alim - 2020" II Beynəlxalq Kitab Nəşrində çap olunub. A. Zeynalovanın elmi rəhbəri professor Eldar Novruzov gənc alimə göstərdiyi dəstəyə görə təşəkkür məktubu ilə təltif edilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.