AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işçisi beynəlxalq konfransda çıxış edib
Dek 14 , 2020 | 07:00 / Mühüm hadisələr
Oxunma ( 2286 )

27-28 noyabr 2020-ci il tarixlərində AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işçisi Günel Məmmədova Qərbi Kaspi Universitetində online rejimdə keçirilən "Pontokaspi və Qafqaz Bölgəsi: ekosistemlərin birləşməsi və izolyasiyası şəraitində dəyişikliklər, canlıların filogenezi, geologiya, ekologiya və coğrafiyası" adlı Multidisiplinar Beynəlxalq Konfransda “Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə törədilən ekoloji terror” mövzusunda məruzə ilə çıxış etmişdir.

Tədqiqatçı öz çıxışında törədilən ekoloji terror barədə, eyni zamanda həmin ərazilərdə nadir fauna və floraya malik meşə sərvətləri, çox qiymətli su mənbələri haqqında ətraflı məlumat vermiş, iştirakçıların suallarını cavablamış və təşkilat komitəsi tərəfindən sertifikata layiq görülmüşdür.

Məlumat üçün bildirək ki, konfransda Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, Hollandiya, Ukrayna, ABŞ, Özbəkistan, BƏƏ, İtaliya və digər ölkələrin alimləri iştirak etmişdir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.