Azərbaycanlı alimin həmmüəlifi olduğu məqalə “Web of Science” bazasında indeksləşən jurnalda dərc olunub
Dek 15 , 2020 | 10:15 / Elmi nəşrlər
Oxunma ( 1263 )

AMEA Botanika İnstutunun şöbə müdiri, dosent Rəşad Səlimovun da həmmüəlifi olduğu və beynəlxalq ekspert qrupu ilə birlikdə məqaləsi “Web of Science” bazasında indeksləşən və bitki sistematikası sahəsi üzrə Q1 kvartilinə daxil olan “Taxon” jurnalında dərc olunub. Məqalə Yer üzərində yayılmış 400 mindən çox məlum borulu (vaskulyar) bitki və mamır növlərini ehtiva edən qlobal resurs bazası – Dünya Onlayn Florasına (World Flora Online - WFO) həsr olunub. https://doi.org/10.1002/tax.12373

Bütün dünyada 260 ildən çox davam edən botaniki, taksonomik və son zamanlarda filogenetik tədqiqatları nəticəsində əldə olunan biliklərin sistemli təhlinin və ümumiləşdirməyin zərurəti meydan çıxdı. Bu baxımdan Bitki Mühafizəsi üzrə Qlobal Strategiyasının (Global Strategy for Plant Conservation - GSPC) 2011-ci ildə qəbul edilməsi Dünya Onlayn Florası (World Flora Online - WFO) Konsorsiumunun inkişafına əhəmiyyətli bir təkan verdi. Konsorsiumun məqsədi, GSPC-nin 1-ci hədəfinə - bütün məlum bitki növlərinin elektron florasının hazırlanması istiqamətində ümümdünya botaniklər ictimaiyyətinin əlaqələndirilmiş fəaliyyətinə nail olmaqdır. Bu, hər hansı bir taksonomik qrupu, məsələn, sıra və ya fəsilə üzrə mütəxəssislər və taksonomik ekspert şəbəkələri (Taxonomic Expert Networks – TENs) tərəfindən tərtib edilən, idarə olunan, tənzimlənəcək və mütəmadi yenilənəcək dünyada ilk unikal və əhatəli bitki müxtəlifliyinə dair qlobal məlumat bazasıdır.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.