Yan 07 , 2021 | 04:00 /
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutun direktoru, akademik Qərib Məmmədov həmsədri olduğu və 2021-2023-cü illərdə Azərbaycanın ev sahibliyi edəcəyi Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyasına prezident seçilib. Qeyd edək ki, Avrasiya Torpaqşünaslar Cəmiyyətləri Federasiyası 2012-ci ildə Türkiyə Cümhuriyyəti, Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycan Respublikalarının torpaqşünas alimlərinin təşəbbüsü ilə yaradılmışdır. 2016-cı ildən Rumıniya, Qırğızıstan, Bosniya-Herseqovinya və Serbiyanın Torpaqşünaslıq Cəmiyyətləri də bu təşkilata qoşulmuşdur. Hər 3 ildən bir Federasiyanın rəhbərliyi əməkdaşı olan ölkələrdən birinə həvalə edilir. Fedarasiyanın Gənclər bölməsinin prezidenti isə İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev, vitse-prezidenti İnstitunun elmi işçisi Nərmin Nəcəfova, elmi katibi Əli Gözəlzadə təyin edilib. Federasiyanın əsas məqsədi torpaqların dinamik hissəsi haqqında məlumatları bölüşmək, münbitliyinin formalaşması, torpaq ehtiyatları və onların səmərəli istifadəsi, torpaqların ekoloji qiymətləndirilməsi, ekoloji çirklənmə, eroziya və s. mövzular da torpaqşünas alimlər arasında körpü yaratmaq və yaranan problemlərinin həll yollarının müəyyənləşdirilməsini təmin etməkdir.
http://www.fesss.org/youth-management.php