AMEA Botanika İnstitutunun mikoloqları Avropa mikoloqları ilə birgə vebinarda iştirak ediblər
Yan 18 , 2021 | 12:56 / Mühüm hadisələr
Oxunma ( 1629 )

AMEA Botanika İnstitutunun mikologiya laboratoriyasının müdiri, b.e.d D.N.Ağayeva,gənc tədqiqatçılardan b.ü.f.d. L.Abasova və E. İsgəndərli Avropa şabalıd bitkisi üzrə şəbəkə layihəsi (EUROCASTANEA – European Chestnut Network) çərçivəsində keçirilən vebinarında qonaq qismində iştirak etmişlər. Vebinar şabalıd meyvəsində çürümə törədən invaziv endofit Gnomoniopsis castaneae  göbələyi, onun diaqnostikası,  yayılması,göbələyə qarşı bioloji və kimyəvi mübarizə yolları, latent infeksiyaların idarə edilməsi məsələlərinin  müzakirəsinə həsr edilmişdir. Tədbirdə Avropanın bir sıra ölkələrindən mikoloqlar bu sahədəki ən son aparılan tədqiqatlar barədə məruzə etmişlər.Çıxışlardan sonra iştirakçıların sualları əsasında ümumiləşdirilmiş geniş müzakirə aparılıb.Törədicinin sürətlə yayılmasını nəzərə alsaq bu patogen respublikada təbii şabalıdlıqlar və şabalıd əkinləri üçün yeni ciddi qəbul ediləcək təhlükə ola bilər.



Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.