AMEA Radiasiya Problemləri İnstitutunun magistrantı beynəlxalq təqaüd proqramının qalibi seçilib
Yan 18 , 2021 | 04:02 / Elmi müsabiqələr
Oxunma ( 1683 )

Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun “Radiasiya materialşünaslığı” ixtisası üzrə II kurs magistrantı Kimyəxanım Baxışova Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) beynəlxalq təqaüd proqramının qalibi seçilib.

Belə ki, nüvə enerjisi və texnoloji sahələrdə gender bərabərliyinə tövhə məqsədi ilə dünyanın 90 ölkəsini təmsil edən 550 namizəd arasından 100 nəfər qız tələbə AEBA tərəfindən Mariya Skadlovskaya – Küri Təqaüd Proqramının qalibi seçilib.

Qeyd edək ki, K.Baxışova sözügedən təqaüd proqramını qazanan ilk azərbaycanlı tələbədir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.