Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunan onlayn tədbir keçirilib
Yan 19 , 2021 | 02:22 / Mühüm hadisələr
Oxunma ( 1510 )

         AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 20 Yanvar faciəsinin 31-ci  ildönümü ilə əlaqədar "20 yanvar" - Zəfərə aparan yol” mövzusunda  zoom platforması üzərindən anım tədbir keçirilib. İnstitutun Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən təşkil edilən tədbirdə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.ü.f.d Famin Salmanov da iştirak etmişdir. Tədbirdə İnstitut əməkdaşları 20 Yanvar faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

      Çıxış edən AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.ü f.d Famin Salmanov 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə  qarşı törətdiyi cinayətlərdən danışdı. F.Salmanov qeyd etdi  ki, 31 il keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir. Məhz bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük vətən müharibəsi 8 noyabr tarixində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyulması ilə başa çatdı. Bu zəfər ilə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alındı. Həmçinin F.Salmanov məhz Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra - 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildiyini qeyd edib.

AMEA YAP ərazi təşkilatının sədri, b.ü.f.d. Ulduzə Qurbanova 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı Vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciənin yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən bir cinayət olduğunu bildirib.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Fərid Mustafayev Azərbaycan tarixində 20 Yanvar və ondan əvvəl baş vermiş faciəli hadisələrin  xalqımıza qarşı aparılan düşünülmüş siyasətin təzahürü olduğunu bildirib.  F.Mustafayev qeyd edib ki,  20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə  acı ilə xatırlanacaq gün deyil, həm də millətimizin qəhrəmanlığını nümayiş etdirməyi bacardığı gündür. Daha sonra çıxış edən institutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Aytən Məmmədova və Aysel Xudai 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsinin rəmzi olduğunu qeyd ediblər. Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.

Tədbirin sonunda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilən video rolik nümayiş olunub.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.