Fəlsəfə doktoru olmaq istəyənlər fevral ayında imtahan verəcəklər
Yan 23 , 2021 | 07:45 /
Oxunma ( 1093 )

Dövlət İmtahan Mərkəzi dissertantlıq yolu ilə “fəlsəfə doktoru” elmi dərəcəsi almaq istəyən şəxslərin xarici dil imtahanları ilə bağlı məlumat yayıb

Qurumdan bildirilib ki, xarici dildən qəbul və fəlsəfə doktoru imtahanlarına hazırlaşanlar imtahan verəcəkləri xarici dilin praktik qrammatikasına və leksikasına, yazılı və şifahi nitq normalarına aid akademik vəsaitlərdən, lüğətlərdən, beynəlxalq dil imtahanlarına hazırlaşanlar üçün nəzərdə tutulmuş rəsmi nəşrlərdən və ali təhsil müəssisələrində işlədilən xarici dillər üzrə dərsliklərdən, həmçinin, dillərə aid lüğət profilindən, akademik sözlərin siyahısından və qrammatik profildən istifadə edə bilərlər.

Koronavirus pandemiyası ilə əlaqədar olaraq cari ildə qəbul proqramlarında və imtahanın strukturunda dəyişiklik edilməmişdir. Növbəti qəbul və fəlsəfə doktoru imtahanları zamanı danışma blokunun əlavə olunması ilə proqramlarda və imtahanın strukturunda müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Yaxın günlərdə DİM-in internet saytında iddiaçılara və namizədlərə kömək məqsədilə xarici dillər, həmçinin, əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının yazı blokuna aid nümunəvi tapşırıqlar təqdim ediləcəkdir.

Xarici dillər üzrə fəlsəfə doktoru, həmçinin, əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanına qeydiyyatın internet vasitəsilə 2021-ci il yanvarın 26‑dan fevralın 7‑dək aparılması nəzərdə tutulur. Xarici dillər üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru, həmçinin əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarının 2021-ci ilin fevral ayında keçirilməsi planlaşdırılır.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.