Yan 22 , 2021 | 04:00 / Mühüm hadisələr
AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 2020/2021-ci tədris ili üzrə qış imtahan sessiyası davam edir. Yanvarın 22-də “Zoom” platforması vasitəsilə “Tərəvəzçilikdə bitkilərin qidalanması və gübrələnməsi”, “Ekoloji kənd təsərrüfatının əsasları” ixtisas fənləri üzrə imtahanlar keçirilib. “Aqrokimya” və “Torpaqşünaslıq” ixtisasları üzrə II kursda təhsil alan 2 magistrant Fəridə Süleymanova və Dəyanət Baxışov imtahanlarda iştirak ediblər. Fənn müəllimləri a.ü.f.d. dosent Kəmalə Dəmirova və a.ü.f.d. dosent Bəhruyyə Bağırova imtahanın nəticələrini yüksək qiymətləndiriblər. İmtahan prosesinə AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil idarəsinin rəis müavini Hüseyn Hüseynov və institutun Təhsil Şöbəsinin müdiri, c.ü.f.d. dosent Fərrux Xəlilov və əməkdaşı Bahar Məmmədova da iştirak ediblər.