Elmi-tədqiqat layihələri üzrə əsas qrant müsabiqəsinin nəticələri açıqlanıb
Yan 29 , 2021 | 08:28 / Elmi müsabiqələr
Oxunma ( 1130 )

Elmi tədqiqat layihələri üzrə əsas qrant müsabiqəsinin nəticələri açıqlanıb.

Elmin İnkişafı Fondundan bildirilib ki, elmi-tədqiqat layihələrinə dair əsas qrant müsabiqəsi üzrə 16 qalib layihə müəyyənləşdirilib. Seçim zamanı multidissiplinar və tətbiqi xarakterli tədqiqatlara, müxtəlif akademik və təhsil qurumlarından, sahə elmi-tədqiqat institutlarından olan alim və mütəxəssislər tərəfindən yerinə yetirilməsi planlaşdırılan elmi-tədqiqat mövzuları üzrə təqdim olunmuş layihələrə üstünlük verilib.

Müsabiqədə 8 layihə fizika-riyaziyyat və texnika elmləri üzrə, 3 layihə kimya elmləri üzrə, 1 layihə yer haqqında elmlər üzrə, 3 layihə biologiya, tibb və aqrar elmləri üzrə və 1 layihə humanitar və ictimai elmlər üzrə qalib olub. Qalib layihə rəhbərlərindən 3-ü qadındır. Müsabiqə çərçivəsində fundamental və tətbiqi xarakterli və 150 min manatadək maliyyə həcmli layihələrin maliyyələşdirilməsi nəzərdə tutulur. Layihələr 2021-ci ildən başlayaraq maliyyələşdiriləcək.

Müsabiqə üzrə qalib layihələr AMEA-nın Riyaziyyat və Mexanika, Fizika, akademik M.F.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya, İnformasiya Texnologiyaları, akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası, Genetik Ehtiyatlar, Molekulyar Biologiya və Biotexnologiyalar, Biofizika institutlarında, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında, Bakı Dövlət, ADA, Azərbaycan Memarlıq və İnşaat, Xəzər, Azərbaycan Texniki, Azərbaycan Dövlət Neft və Sənaye universitetlərində, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik, Milli Aviasiya akademiyalarında, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda, Milli Nüvə Tədqiqatları Mərkəzində yerinə yetiriləcək.

Qeyd edək ki, layihələr 2020-ci il avqustun 6-dan sentyabrın 18-dək qəbul olunub. Müsabiqəyə layihələr Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan “e- QRANT” - “Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” vasitəsilə təqdim edilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.