AMEA-nın alimi Gənclər və İdman Nazirliyi tərəfindən təltif edilib
Fev 02 , 2021 | 03:00 /
Oxunma ( 1967 )

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, gənc alim, s.e.ü.f.d. Günel Məlikli Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən diplomla təltif edilib.

O, 2020-ci ildə elm sahəsində qazandığı uğurlara görə 2 Fevral - Azərbaycan Gəncləri Günü çərçivəsində bu mükafata layiq görülüb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.