AMEA-nın magistrantları ilə onlayn görüş keçirilib
Fev 02 , 2021 | 08:17 / Görüşlər
Oxunma ( 1278 )

2 Fevral – Gənclər Günü münasibətilə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin təşkilatçılığı ilə akademiyanın magistrantları ilə onlayn görüş keçirilib.

Tədbirdə Elm və təhsil idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov, idarənin rəis müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn HüseynovMagistratura şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə, Magistratura şöbəsinin müdir müavini Ramin Həsənov və AMEA-nın magistrantları iştirak ediblər.

Görüşü giriş sözü ilə açan idarənin rəisi Fail Kazımov magistrantları, həmçinin AMEA-nın gənc əməkdaşlarını əlamətdar gün münasibətilə təbrik edib. Ölkə rəhbərliyinin hər zaman gənclərə diqqət və qayğı ilə yanaşdığını vurğulayan idarə rəisi Gənclər Gününün təsis edilməsinin Azərbaycan gəncliyinə göstərilən böyük diqqətin bariz nümunəsi olduğunu bildirib. Onun sözlərinə görə, məhz 1997-ci ildə ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə fevralın 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü elan edilib və bu tarix hər il böyük təntənə ilə qeyd edilir.

Sonra idarənin rəis müavini Hüseyn Hüseynov, Magistratura şöbəsinin müdiri Kərimulla Məmmədzadə və şöbənin müdir müavini Ramin Həsənov çıxış edərək Gənclər Günü münasibətilə magistrantları təbrik edib, xoş arzularını vurğulayıblar.

Daha sonra magistrantlar onlar üçün yaradılmış şəraitə görə ölkə başçısına və AMEA rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Sonda magistrantların təklifləri dinlənilib, onları maraqlandıran suallar idarənin əməkdaşları tərəfindən cavablandırılıb.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.