Fotos
“Gələcəyə addım” ümumrespublika olimpiadasının qalibləri mükafatlandırılıb
Fev 02 , 2021 | 02:00 / Elmi müsabiqələr
Oxunma ( 2127 )

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 2 Fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.

Tədbir çərçivəsində AMEA-nın 75 illiyinə həsr olunan “Gələcəyə addım” adlı geologiya və geofizika üzrə ümumrespublika olimpiadasının qalibləri mükafatlandırılıb. Mərasimdə müsabiqənin Elmi Təşkilat Komitəsinin sədri, akademik Əkpər Feyzullayev, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Orxan Abbasov, təşkilat komitəsinin elmi katibi Aysel Cəbrayılova, eləcə də olimpiadanın finalına yüksələn və qalib gənclər iştirak ediblər.

Yığıncaqda çıxış edən akademik Əkpər Feyzullayev əlamətdar gün münasibətilə Azərbaycan gənclərini təbrik edib, onlara elmi yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb. Müsabiqə barədə məlumat verən alim olimpiadanın gələcəkdə təkmilləşdirilmiş yeni variantının nəzərdən keçirildiyini söyləyib.

Tədbirin sonunda finala yüksəlmiş iştirakçılara sertifikatlar, olimpiadanın qalibi seçilmiş gənclərə isə diplomlar, həmçinin pul mükafatları təqdim edilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.